Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sankt-Peterburq şəhərində “Xocalı Genosidinə Ədalətli Baxış” layihəsi mövzusunda tədbir keçirilmişdir

0



  •   Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı zamanı qətlə
    yetirilmiş soydaşlarımızın əziz xatirəsinin 30-cu ildönümü ilə bağlı, 28 yanvar
    2022-ci il tarixli Sərəncam imzalamışdır. Bir çox xarici ölkələrdə də
    Xocalı  soyqırımı ilə bağlı tədbirlərin
    keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Qeyri-Hökumət
    Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Dünya Azərbaycanlıların
    Həmrəyliyinə Dəstək”  İctimai Birliyi və
    Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 26 fevral 2022-ci il tarixində
    Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional ictimai təşkilatı
    və Sankt-Peterburqdakı “Çinar”Azərbaycan Mədəni Maarif Mərkəzinin təşkilatçılığı
    ilə birgə, Sankt-Peterburq şəhərinin Çernışevski küçəsi 11 ünvanında yerləşən,
    Rusiya otelnin Ekatiriniski konfrans zalında “Xocalı Genosidinə - Ədalətli
    Baxış” mövzusunda tədbir keçirilmişdir. İlk öncə Azərbaycanın dövlət himni səsləndirilmiş
    və Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Xocalı faciəsini
    əks etdirən qısa metrajlı tarixi video film göstərilmişdir.Tədbiri giriş sözü
    ilə açan Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti Regional
    ictimai təşkilatının sədr müavini Könül Abbasova, Xocali faciəsi barədə ətraflı
    məlumat verdi. Daha sonra çıxış ücün söz “Dünya Azərbaycanlıların Həmrəyliyinə
    Dəstək” İctimai Birliyinin  prezidenti və
    “Xocalı Genosidinə - Ədalətli Baxış” layihəsinin rəhbəri, politoloq Tofiq
    Əli-zadəyə verildi. T.Əli-zadə layihə barədə danışarkən bildirdi ki, layihənin əsas məqsədi Xocalı Genosidi barədə
    xaricdəki soydaşlarımıza geniş məlumat vermək və Xocalı Genosidi zamanı
    ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər
    barədə, Rusiya Federasiyasının Sankt-Peterburq
    şəhərində yaşayan soydaşlarımıza və yerli ictimaiyyət numayəndələrinə
    məlumat verməkdir. Deyildi ki, son illərdə də haqq səsimizin dünyaya çatdırılması və Xocalı
    soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsəd yönlü
    fəaliyyət göstərilmişdir. Xocalı soyqırımından törədilməsindən
    30 il keçməsinə baxmayaraq, gec-tez bütün qatillər layiqli cəzalarını
    alacaqlar. Xocalı soyqırımının əsl
    mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından
    sonra açıldı və Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına
    hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırıldı. Çıxışlarda
    Sankt-Peterburqdakı “Çinar” Azərbaycan Mədəni Maarif Mərkəzinin təsisçisi
    və sədri, Xeyransa Mirzoyeva bildirdi ki, ermənilər hələ 1918-ci ildə də bizlərə
    qarşı qətilllər törədmişlər və bu gün Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən
    biri olan Xocalı soyqırımından artıq, 30 il ötür. 1992-ci il fevralın 25-dən
    26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və
    prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən
    366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli
    görünməmiş qəddarlıqla divan tutmuşdu. Sankt-Peterburqdakı
    “Çinar” Azərbaycan Mədəni Maarif Mərkəzinin həm 
    təsisçisi və sədr müavini Ülviyyə Abbasova da cıxışı zamanı söylədi ki, Xocalı soyqırımı zamanı məhz onlar azərbaycanlı
    olduqlarına görə, ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 106 qadın,
    63 uşaq, 70 qoca olmaqla 613 şəxs 487 dinc sakin ağır yaralandı, 1275 nəfər
    isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana
    qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib
    hissəsi idi. Daha sonra
    Sankt-Peterburqda yaşayan məktəb şagirdləri Xocalıya aid kompozisiya ifa
    etdiləri. Tədbirdə Azərbaycanın Sank-Peterburqdakı
    konsulluğunun əməkdaşı Rəhim Rəhimzadə, Rusiya Sankt-Peterburq Azərbaycanlıları konqresinin sədri, ictimai elmlər
    akademiyasınım akademiki, fəlsəfə doktoru, professor Heydər İmanov, Sankt-Peterburqda kı, Naxcıvan cəmiyyətinin sədr müavini
    Məmməd Məmmədov, ictimai fəallar Fizuli Cavadzadə, Azad Abbasov çıxışlarında
    qeyd etdilər ki, Xocalı
    soyqırımının  bir sıra ölkələr tərəfindən
    tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdi. Xocalı Genosidinə
    hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını
    almalıdırlar.Azərbaycan xalqı heç bir vaxt Xocalı Genosidini unutmamalıdır.
    Sonda Tofiq Əli-zadə bu tədbirin keçirilməsində və təşkilatı məsələlərdə yaxından
    köməklik göstərdiklərinə görə, “Çinar”Azərbaycan Mədəni Maarif Mərkəzinin
    təsisçisi və sədri Xeyransa Mirzoyeva, Çinar”Azərbaycan Mədəni Maarif Mərkəzinin
    sədr müavini Ülviyyə Abbasova, Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni
    Muxtariyyəti Regional ictimai təşkilatının sədr müavini Könül Abbasova və
    diaspora fəalı olan Füzuli Cavadzadə, Dünya Azərbaycanlılarının Həmrəyliyi sahəsində
    göstərdikləri xidmətlərə görə, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai
    Birliyinin Fəxri Fərmanla təltif olundular.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib49 dəfə
    Sankt Peterburq şəhərində “Xocalı Genosidinə Ədalətli Baxış” layihəsi mövzusunda tədbir keçirilmişdir

    Maraqlı gələ bilər
    0
    0